Çin 838 metrlik bina tikməyi planlaşdırır - FOTO

1 Oktyabr 2012 16:00 (UTC+04:00)
Movqe.Az bildirir ki, Dünyanın sürətlə inkişaf edən ölkəsi Çin, 838 metr hündürlüyündə yer üzünün ən uzun binasını inşa etməyə hazırlaşır. "Tiankong Chengshı" (Səma Şəhəri) adı verilən göydələnin 7 ayda inşa ediləcəyi açıqlanıb.

Çin mediasından gələn xəbərə görə, ölkənin cənubundakı Hunan əyalətinin əsas şəhəri olan Çanqşada tikiləcək göydələnin 220 mərtəbəli olacağı bildirilib. 83 faizinin mənzil olaraq istifadəyə veriləcəyi söylənilən göydələndə 31 min 400 adamın yaşaya biləcəyi qeyd edilib.

Ticarət mərkəzi, otel, xəstəxana və məktəbin də olacağı söylənilən "Səma Şəhəri" bir milyon kvadrat metrlik sahəyə inşa ediləcək. İnşasında 200 min ton poladdan istifadə ediləcək və 104 lift ilə təmin olunacaq.

Ümumi dəyəri  4,2 milyard yuan (təxminən 666 milyon dollar) olacağı açıqlanan göydələni, 2009-ci ildə qurulan "Broad Group" firmasının inşa edəcəyi söylənilib. Göydələnə imza atacaq Janq Yue, "Səma Şəhəri" nin zəlzələyə dayanıqlı rejimlər əsasında tikinti texnologiyası ilə inşa edəcəyi açıqlayıb.

Eyni texnologiya ilə Çində 16, Meksikada 1 bina inşa edən Jang Yue, keçən il də 30 mərtəbəli bir oteli 360 saat ərzində tamamlamışdı.

Xatırladaq ki, hal-hazırda dünyanın ən yüksək binası Dubayda yerləşir. 828 metr yüksəkliyə malik və 165 mərtəbədən ibarət olan "Burc Xəlifə" binasının 160  mərtəbəsi istifadəyə verilib.