Avropa Birliyində işsizlərin sayı 25.5 milyona çatıb

1 Oktyabr 2012 17:03 (UTC+04:00)
Movqe.Az bildirir ki, AB-nin statistik təşkilatı olan "Eurostat"ın məlumatlarına görə, sentyabr ayında işsizlərin sayı Avropa bölgəsində 34 min artımla 18 milyon 196 minə və Birlik daxilində 49 min artımla 25 milyon 466 minə çatıb. Son 12 ay hesablamalarına görə isə, işsizlərin artımı Avropada 2 milyon 144 min və AB-də 2 milyon 170 min idi. Avqust ayı etibarilə işsizlərin sayı Avropada 11,4 faiz və AB-də 10,5  faiz ilə hesablanarkən, bu  işsizlik sayı sentyabr ayı üçün dəyişməyib. AB-nin böhranla mübarizədə üzvlərini kəmər sıxma tədbirlərinə məcbur etməsi iqtisadi daralma və işsiz sayının artımına səbəb olur. İxracat gücüylə böhrandan qonşularına nisbətən daha az təsirlənən Almaniya, Avropa Mərkəzi Bankının pul qoyaraq çətin dövr yaşayan ölkələrə kömək etməsi çağırışlarına məhəl qoymur.