İxtisas seçimi başa çatır-Bu gün

11 Avqust 2015 11:54 (UTC+04:00)
Ali təhsil müəssisələrinin müsabiqəsində iştirak etmək hüququ olan abituriyentlərin ixtisas seçimi bu gün başa çatır. Movqe.az-ın Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, avqustun 10-a olan məlumata əsasən, ümumilikdə 43 min 87 abituriyent elektron ərizəsini təsdiqləyib. 
Onlardan 34 min 749 nəfəri ali məktəblərin I, II, III və IV ixtisas qrupları üzrə, 8 min 338 nəfəri V ixtisas qrupu üzrə qəbul olmaq istədiyi ixtisasları öz elektron ərizəsinə daxil edərək təsdiqləyib. Xatırladaq ki, ixtisas seçimi bu gün saat 23:59-da başa çatacaq. Abituriyentlər müsabiqədə iştirak etmək üçün göstərilən vaxta qədər öz ixtisas seçimi ərizəsini təsdiqləməlidirlər. Əks təqdirdə onlar müsabiqədə iştirak edə bilməyəcəklər.