HP "webOS" əməliyyat sistemini təqdim edib

1 Oktyabr 2012 17:03 (UTC+04:00)

Movqe.az xəbər verir ki, məşhur kompüter istehsalçısı "HP"açıq qaynaqlı əməliyyat sistemi olan "webOS"u bazara çıxarıb. Şirkətin prezident köməkçisi Bil Veghte tərəfindən təqdimatı keçirilən yeni əməliyyat sisteminin cəmiyyətə nə dərəcədə təsir edəcəyi maraqla gözlənilir. "Bu platformanın inkişafında müəyyənedici addımdır" deyən Veghte, "webOS"un faydalarının bəlkə veb tətbiq ekosisteminin aqibətini də müəyyən edə biləcəyini açıqlayıb.Onun çıxışından dərhal sonra isə "webOS 1.0" əməliyyat sistemi satışa çıxarılıb. İçərisində yeni e-mail qəbuledicisi, internet skaneri və Enyo 2 dəstəyi kimi 75 fərqli xüsusiyyət saxlayan webOS 1.0, OE emulator vasitəsilə çalışacaq. Digər tərəfdən webOS, Qt5 və WebKit 2 vasitələrinə və BlueZ Bluetooth dəstəyinə sonrakı distributivlərdə sahib olunacaq.

İlk dəfə 2010-ci ildə satın aldığı "Palm" və tərkibinə qatmış olduğu "WebOS" əməliyyat sistemini inkişaf etdirən firma, 2011-ci ilin iyununda bu əməliyyat sistemini Touchpad model tabletində istifadə etmişdi.Cihaz müvəffəqiyyətsiz sayıla biləcək satış rəqəmlərinə nail olduğundan firma istehsala son vermiş və bir daha WebOS üçün təchizat çıxarmayacağını söyləmişdi.