Ötən ay stasionar telefonların servisə qoşulması ilə bağlı 250-dən artıq e-müraciət edilib

11 Avqust 2015 15:44 (UTC+04:00)

Elektron xidmət istifadəçilərə 20-dən artıq servis təqdim edir

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) "Telefonun servislərə qoşulması" elektron xidmətinin iyul ayındakı istifadə statistikası açıqlanıb.

RYTN-dən Movqe.az-a verilən məlumata görə, Məlumat Hesablama Mərkəzinin açıqladığı statistikaya əsasən, ötən ay əhali "Elektron hökumət" portalı üzərindən e-xidmətdən 253 dəfə faydalanıb.

Elektron xidmət istifadəçilərə "10 saniyə gözləmə ilə birbaşa rabitə", "abunəçi cavab vermədikdə yönləndirmə", "giriş zənglərinin bağlanması (narahat etmə)", "konfrans rabitə", "müəyyən vaxta xatırlama zəngi", "qısaldılmış nömrə yığma", "zənglərin şərhsiz yönləndirilməsi" kimi 20-dən artıq servis təqdim edir.

Qeyd olunub ki, servislərə qoşulma ilə yanaşı e-xidmətdən istifadə edərək onlardan imtina etmək də mümkündür.