BP Azərbaycanda yeni kəşfiyyat qazma işi planlaşdırır

11 Avqust 2015 17:10 (UTC+04:00)

Movqe.az Trend-ə istinadən xəbər verir ki, bu barədə BP-nin Azərbaycanda bu ilin yanvar-iyun ayları üzrə fəaliyyətinin yekunlarına həsr olunmuş hesabatında deyilir.


Məlumatda bildirilir ki, 2015-ci ilin I yarımilində "Şəfəq-Asiman" blokunda seysmik məlumatların interpretasiyası üzrə işlər başa çatıb: "İşlər 18 ay davam edib. İlk kəşfiyyat quyusunun qazılmasını planlaşdırmaq üçün təqribən bir il lazım olacaq".