İpoteka krediti ilə mənzil sahibi olmaq asanlaşacaq

12 Avqust 2015 08:00 (UTC+04:00)

Bilindiyi kimi dövlət büdcəsindənAzərbaycanınİpoteka Fonduna əlavə 200 milyon manat pul ayrılmasıgözlənilir. Buxüsusda ölkə başçısının müvafiq gösəriş tapşırıqlarırnı mənzilbazarında aktivliyi əhəmiyyətli dərəcədə artıracağı gözlənilir. Beləbir vaxtda ipoteka kreditlərinin məbləğinin artırılması, faizlərin aşağı salınması ilə bağlı yeniliklərin tətbiq olunacağı tarix açıqlanıb. Mərkəzin Bankın elan etdiyi ipoteka yenilikləri bu ilin payızında qüvvəyə minəcək.

Məsələ bunaddır ki, yeni qaydaların tətbiqi üçün ilk növbədə qanunvericiliyə dəyişiklik edilməlidir.Parlament isə bu məsələyə payız sessiyasında, sentyabrda baxacaq. Banklar ümid edirlər ki, bu proses sürətli olacaq. Banklar Assosiasiyasının sədri Zakir Nuriyev bu xüsusda bildirib: "İpoteka haqqında qanuna dəyişiklik olmalıdır. Bu, ipotekanın faizi, həcminin artırılmasını nəzərdə tutan dəyişiklikdir. Bu prosesdə banklar bir növ vasitəçi rolunu oynayır". İlkin məlumatlara görə, dəyişikliklər ipotekanın maksimum məbləğinin indiki 50 min manatdan 100 min manata qalıdırlmasını, faizlərin isə adi ipotekada 6%-ə, sosial ipotekada isə 3%-ə endirilməsini nəzərdə tutur. Bütünbunlar isə mənzilbazarında böyük canlanma yarada bilər. Qeydedək ki, ölkədə daşınmaz əmlak bazarı son bir ilin ən durğun dövrünü yaşayır. Belə ki, Mərkəzi Bankın məlumatına görə, bu il yanvar-iyun ayları üzrə daşınmaz əmlak bazarının dövriyyəsi 32 faiz azalıb. Yəni, bu ilin birinci yarısında sözügedən dövriyyə 1,7 milyard manat təşkil edib. Ötən ilin müvafiq dövründə isə bu rəqəm 2,5 milyard manat olub. İpoteka kreditləşməsinin artması isə buradaaktivlik həddini yenidən xeyli yüksəltmək iqtidarındadır. Özü ipoteka kreditləşməsinin miqdarında böyük artımlar gözlənilir.

Mərkəzi Bankın sədri Elman Rüstəmov hələötən ay buxüsusda mühüm açıqlamalar vermişdi. Sədr bildirib ki, ilin sonunadək ipoteka maliyyələşməsinə 200 milyon manatdan çox əlavə vəsaitin yönəldilməsi gözlənilir. Onun sözlərinə görə, bu vəsaitidövlət zəmanəti əsasındaMərkəzi Bank təqdim edəcək:"Bizim Maliyyə Nazirliyi birgə təklifimiz 250 milyon manat həcmindədir. Bu, təxminən indiyədək hökumətin xətti ilə ipotekaya ayrılan vəsait həcmindədir. Bu vəsaitin bir hissəsi sosial, bir hissəsi kommersiya ipotekasına yönəldiləcək. Fikrimiz var ki, gələn il daha əhəmiyyətli vəsait təklif edək". O, həmçinin təklifdə ipoteka kreditləşməsi üzrəfaizlərin aşağı salınması məsələsinin dənəzərə alındığını deyib:"Təklifdə şərtlərin aşağı salınması nəzərdə tutulur. Həmçinin sosial vəkommersiya ipotekası üzrə kreditinməbləğinin təxminən iki dəfə artırılması nəzərdə tutulur".

Yuxaırda qeyd olunduğu kimi isə faizlər aşağı düşəcək ayrlın məbləğin həcmi artacaq. iqtisadçı-ekspert Vüqar Bayramov bildirir ki, dəyişdiriləcək qaydalar həm ümumi ipoteka proqramının təkmilləşdirilməsinə, həm də regionların adıçəkilən kreditlərə çıxış imkanlarının artırılmasına xidmət edəcək. Onun fikrincə, faiz endirimləri ilə yanaşı diferensial faizlərin də tətbiq edilməsi məqsədə uyğun olardı. Belə ki, paytaxt ilə müqayisədə rayonlarda həm adi, həm də sosial ipoteka kreditləri üçün daha aşağı faizin təklif edilməsi arzuolunan olmaqla yanaşı proqramın regional səmərəliliyini də artıra bilər. Dövlət Statistika Komitəsinin məlumatına görə, bölgələrdə əhalinin orta aylıq əmək haqqısı paytaxtla müqayisədə 2 dəfə azdır və bu da əhalinin ipoteka müraciəti üçün imkanlarının məhdud olmasına gətirib çıxarır: "Nəzərə alaq ki, adi və sosial ipoteka üçün tələb edilən əmək haqqı məbləği adətən təxminən 700 manatdan çox olur. Bu isə az gəlirli bölgə camaatının bu imkandan yararlanmasını çətinləşdirir. Bu baxımdan, diferensial faizlərin tətbiq edilməsi rayonlarda yaşayan və ipoteka krediti götürmək istəyən vətəndaşlarımız üçün əmək tələblərini yumşaldacaq. Çünki faiz nə qədər az olarsa, tələb olunan əmək haqqı tələbi də aşağı düşür. Bu isə ona gətirəcək ki, 400 manat aylıq gəliri olan regionda yaşayan bir vətəndaş, bir gənc ailə rahat ipoteka kreditlərindən yararlana biləcək". Bütövlükdə isə nəzərdə tutulan dəyişikliklər müsbət olmaqla yanaşı kreditlərə əlçatanlığı artıracaq. Deməli, ipoteka kreditləşməsi artıq yeni mərhələyə qədəm qoyduğun da söyləmək olar.