"Mundialın ev sahibini dəyişməyə ciddi səbəb görmürəm"

11 Avqust 2015 19:10 (UTC+04:00)

FİFA-da baş verən rüşvət qalmaqalı Rusiyanın 2018 mundialına ev sahibliyi hüququna təsir göstərməyəcək. Movqe.az Goal.az-a istinadən xəbər verir ki, bu barədə UEFA prezidenti Mişel Platini Tbilisidə olarkən məlumat verib.

"Çempionatın keçirilməsi haqqında qərar artıq qəbul olunub. Bir müddət əvvəl İcraiyyə Komitəsi də bunu təsdiqlədi. Dünya çempionatının ev sahibini dəyişməyə ciddi səbəb görmürəm. Rusiya özü istədiyi qərarı verə bilər. Rusiyanın mundialı təşkil etmək üçün rüşvət verməsi msələsinə gəlincə, buna sübut varmı? yoxdur. Deməli, narahatçılığa əsas ola bilməz" - Platini deyib.