Oksanadan onu təhqir edənlərə sərt cavab

11 Avqust 2015 20:00 (UTC+04:00)

Movqe.az-ın məlumatına görə, sənətçi ünvanına xoşagəlməz söz yazanları qara siyahıya atmaqla hədələyib:


"Mən heç vaxt deməmişəm ki, gözələm. Bunu mənə hər zaman deyiblər. O ki, qaldı mənə bu cür koment yazanlara: "Nə gündəsən", "Bunlar televizora bir ton makiyajla çıxırlar, həyatda itə oxşayırlar", "Ay mama, nə çirkinsən", "Eybəcərin dal ayağı". Bu şərhlərə cavabım belə olacaq: "Sizin kimilər gedib güzgüyə baxıb, makiyaj dərslərinə yazılsalar, yaxşı olar. İtə isə siz özünüz oxşayırsınız". Üzbəüz olsaydınız itin kim olduğunu deyərdim. İt kimi hürürsünüz, məndə olan gözəllik sizin saçınızın ucunda belə yoxdur. Paxıllıq çəkirsinizsə, gedin ətrafınızdakıların paxıllığını edin. Tanınmış simaya hər zaman paxıllıq edilib, ona bənzəmək istəyiblər. Mənim bu cür tənqid yazanlara son hərəkətim, onları qara siyahıya salmaq olacaq. Özünüzə hörmətlə yanaşın, məni buna vadar etməyin. Yazmayın, yazırsınızsa, tənqid edin, təhqirə keçməyin. Təhqir olanda məndən inciməyin. Səbrim tükənir. Məni hirsləndiməyə çalışan insanlar, gedin sizi öyrədən itlərə deyin ki, öz işləri ilə məşğul olsunlar".