Aİ Komissiyası: "İttifaqa üzv dövlətlər PKK-ya qarşı mübarizə aparır"

11 Avqust 2015 21:00 (UTC+04:00)

Avropa İttifaqı: "Türkiyə hökuməti və xalqı ilə həmrəy olmaqla yanaşı, bütün terror aktlarını qınayırıq

"Avropa İttifaqı Türkiyə hökuməti və xalqı ilə həmrəy olmaqla yanaşı, bütün terror aktlarını qınayır".

Movqe.az "Anadolu"ya istinadən xəbər verir ki, bu, Avropa İttifaqı (Aİ) Komissiyasının İstanbuldakı ABŞ konsulluğuna və polis şöbəsinin binasına həyata keçirilən terror aktlarını qınayan bəyanatında vurğulanıb.

Komissiya açıqlamasında Türkiyənin Şırnak bölgəsində helikopterə edilən hücum nəticəsində bir əsgərin həyatını itirməsi, 7 əsgərin yaralanmasını xatırladaraq bildirib: "Bir daha təkrar edirik ki, PKK Avropa İttifaqının terrorçu təşkilatlar siyahısındadır və onun terror aktlarını qınayırıq. İttifaqa üzv dövlətlər PKK-ya qarşı mübarizə aparır".

Qurum Türkiyədə zorakılığın dayanması üçün çözüm prosesinin davam etdirilməsinin əhəmiyyətini qeyd edib.