Yeni iPhone sentyabrın 9-da təqdim olunacaq

12 Avqust 2015 11:00 (UTC+04:00)

Apple sentyabrın ikinci həftəsində iPone smartfonunun yeni versiyasını və yeni Apple TV-ni təqdim edəcək. Movqe.az məlumatlı mənbələrə istinadən bildirir ki, ehtimal edilən tarix 9 sentyabrdır. 


Qeyd edək ki, keçən il bu qəbildən olan tədbir sentyabrın 9-da keçirilib. Apple-dan rəsmi təsdiq və ya təkzib hələ ki yoxdur. Apple-in fəaliyyətini izləyən digər nəşrlər, BuzzFeed-in adətən tarix proqnozunda səhv etmədiyini də qeyd ediblər.