“Cumanci” filminin remeyki çəkilir

12 Avqust 2015 11:40 (UTC+04:00)

Sony Pictures kinoşirkəti "Kabus ovçuları", "Cumanci", "Görülməmiş" və "Pis oğlanlar" filmləri də daxil olmaqla, 2016, 2017 və 2019-cu illərə relizi planlaşdırılan 16 filmin çıxma tarixlərini elan edib.

Sikvel və rebut olmayan filmlərin üzərində məşhur rejissor və aktyorlar çalışacaq: Cudi Fosterin "Pul Bədheybəti" filmində Culiya Roberts və Corc Kluni çəkiləcək, "Sərnişinlər" - Kris Prett və Cennifer Lourensin iştirakı ilə elmi-fantastik romansdır, "Təkər üzərində uşaqlar" Edqar Raytın ilk filmi olacaq. Filmlərin tam siyahısı isə belədir:

"Pul Bədheybəti" - 8 aprel 2016

"Kabus ovçuları" - 15 iyul 2016

"Pasinet Zero" - 2 sentyabr 2016

"Möhtəşəm yeddilik" - 23 sentyab 2016

"Başqa dünya 5" - 21 oktyabr 2016

"Sərnişinlər" - 21 dekabr 2016

"Cumanci" - 25 dekabr 2016

"Tünd qala" - 13 yanvar 2017

"Daimi bəla 6" 27 yanvar 2017

"Pis oğlanlar 3" 17 fevral 2017

"Təkər üzərində uşaqlar" - 17 mart 2017

"Barbi" - 2 iyun 2017

"Görülməmiş" - 30 iyun 2017