Naqasaki, 1945 - FOTO FAKT

12 Avqust 2015 16:00 (UTC+04:00)

On yaşlarında bir uşaq gördüm səssizcə gedən. Kürəyində bir körpə daşıyırdı. Yaponiyada o günlərdə, çox tez görülürdü kürəklərində öz kiçik qardaşlarına sahib çıxan uşaq, amma bu uşaq açıqca digərlərindən fərqlənirdi. Üzündəki ifadədən ciddi bir səbəblə bura gəlmiş olduğu görülə bilirdi. Ayağında ayaqqabısı yox idi. Üzü qaya kimi sərt idi. Körpə isə yatır kimi görünürdü. Uşaq beş ya da on dəqiqə dayandı. Ağ maskalı adamlar ona doğru getdi və səssizcə körpəni tutan ipi çıxarmağa başladılar. O zaman körpənin ölmüş olduğunu gördüm. Adamlar körpəni əl və ayaqlarından tutaraq atəşin üzərinə yerləşdirdilər. Uşaq, alovları izlərkən, dimdik və hərəkət etmədən dayanırdı. Dodağını o qədər qüvvətli sıxırdı ki, alt dodağına qan oturmuşdu. Atəş günəş batımı kimi yüngül-yüngül yandı və bitdi. Uşaq arxasını döndü və səssizcə uzaqlaşdı. (Joe O'Donnell)