“Niyə?”nin cavabı Dövlət Mahnı Teatrında açılacaq

13 Aprel 2012 18:30 (UTC+04:00)

"Simsar" Teatr Studiyası növbəti tamaşanın premyerası olacaq. Bu barədə Movqe.Az xəbər portalına teatrın direktoru İrade Nurəddinqızı məlumat verib. İ.Nurəddinqızı, "Simsar" Teatr Studiyası aprelin 23-də Dövlət Mahnı Teatrının səhnəsində "Niyə?" adlı yeni tamaşanın premyerasını keçirəcəyini və tamaşanın nümayişi aprelin 24 və 25-nə kimi davam edəcəyini bildirib.

Teatrın direktoru tamaşanın yaradıcı heyətini açıqlayıb: "Tamaşanın ssenari müəllifi və rejissoru əməkdar artist Pərviz Məmmədrzayevdir. Rolları aktyorlar Azər Rzayev, Murad Əliyev, Nicat Əlizadə, Elgün Həmidov, Sabir Məmmədov, Səbinə Namazova, Vaqif Əzizov və Pərviz Məmmədrzayev ifa edirlər. "Niyə?" satirik yumoristik səhnəciklərdən ibarət tamaşadır".

Qeyd edək ki, "Simsar" Teatr Studiyası 10 may 2010-cu ildə Simsar MMC tərəfindən yaradılıb. Teatrın bədii rəhbəri Pərviz Məmmədrzayevdir. Studiya ötən il yanvarın 27-də Gənc Tamaşaçılar teatrında "Vaqa" adlı ilk tamaşasının premyerasını keçirib.

Fuad Mədətov