Azərbaycana daimi yaşamaq üçün daha çox hansı ölkələrin gəncləri gəlir?

12 Avqust 2015 16:10 (UTC+04:00)

Bu barədə Movqe.az-a Dövlət Statistika Komitəsindən məlumat verilib.


Komitədən bildirilib ki, Azərbaycana daimi yaşamaq üçün gələn 15-29 yaşlı gənclər arasında MDB ölkələrindən gələnlər üstünlük təşkil edir. Ötən il Azərbaycana daimi yaşamaq üçün gələn gənclərin 245-i MDB ölkələrindən, 179-u isə digər xarici ölkələrdən olub.


MDB ölkələrindən Azərbaycana gələnlər arasında Rusiya və Gürcüstandan gələnlərin sayı çoxluq təşkil edir. Keçən il 185 nəfər Rusiyadan, 115 nəfər Gürcüstandan, 20 nəfər Qazaxıstandan, 19 nəfər Türkiyədən, 16 nəfər Ukraynadan, 12 nəfər Özbəkistandan, 11 nəfər İrandan, 11 nəfər Türkmənistandan, 1 nəfər isə Qırğızıstandan daimi yaşamaq üçün Azərbaycana gəlib.


Ötən il Azərbaycandan xarici ölkələrə daimi yaşamaq üçün isə 63-ü kişi, 128-si qadın olmaqla, 191 nəfər gedib. Onların 148-i daimi yaşamaq üçün MDB ölkələrini, 43-ü digər xarici ölkələri seçib.


Gənclərin daimi yaşamaq üçün seçdiyi ölkələr sırasında Rusiya birinci yerdədir. Keçən il 113 nəfər daimi yaşamaq üçün Azərbaycandan Rusiyaya gedib. Onların 43-ü kişi, 70-i qadın olub.