Sərnişin təyyarəsini İsrail vurub

1 Oktyabr 2012 18:15 (UTC+04:00)
Movqe.az xəbər verir ki, Livanda 2010-cu ildə Beyrut sahillərində dənizə çırpılan Efiopiyaya aid sərnişin təyyarəsinin İsrailin xarici kəşfiyyat xidməti olan Mossad tərəfindən vurulmuş ola biləcəyi bildirilib. "WikiLeaks"in qlobal kəşfiyyat quruluşu Stratfor üzvlərinin yazışmalarına istinad edən sənədlərə görə, təyyarədə Hizbullah idarəçilərindən Haşim Seyfeddin daxil olmaqla 20 təşkilat üzvü ola biləcəyilə əlaqədar səhv kəşfiyyat xəbəri səbəbindən Mossad təyyarəyə təxribat təşkil edib. Mossad bu kəslərin ABŞ və İsrailə hücum təşkil etmək üçün Uqanda və Keniyaya getdiyini düşünürdü. Sənədlərdə Livan kəşfiyyatının da İsraildən şübhələndiyi bildirilir. Təyyarədə 50-si Livanlı olan 90 nəfər dünyasını dəyişmişdi.Təyyarənin İsrail mərmiləri tafrafından vurulduğu iddiası daha əvvəl də gündəmi məşğul etmişdi.