Bu gün Bakıda Azərbaycan-Kolumbiya siyasi məsləhətləşmələri keçiriləcək

1 Oktyabr 2012 18:49 (UTC+04:00)

Kolumbiya xarici işlər nazirinin müavini Monika Mutisin rəhbərlik etdiyi nümayəndə heyəti xarici siyasət idarələri arasında məsləhətləşmələrdə iştirak etmək üçün Bakıya gəlib.

Nümayəndə heyəti bu gün Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov tərəfindən qəbul ediləcək. Görüşdə ikitərəfli münasibətlərin inkişafı perspektivləri müzakirə olunacaq.

Xatırladaq ki, bu məsləhətləşmələr barədə razılıq Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun Latın Amerikası ölkələrinə turnesi çərçivəsində əldə olunub.

Kolumbiya Xarici İşlər Nazirliyinin nümayəndə heyətini "El Mulato" rəqs ansamblı da müşayitə edir. Ansamb iki ölkə arasında humanitar əlaqələrin inkişafı məqsədilə Bakıda konsert proqramı ilə çıxış edəcək.