Ayaqlara qulluq: Pedikürun faydaları

13 Avqust 2015 10:40 (UTC+04:00)

Pedikür ayaqlara gigiyenik qulluq prosedurudur. Bu prosedur həm qadınlar, həm də kişilər üçün əhəmiyyətlidir.

Pedikürun köməyilə pəncə, barmaqlararası məsafələr, barmaq və dırnaqlar öz sağlam vəziyyətini bərpa edir. Mütəxəssislər ayaqlarınızın sağlamlığı üçün hər ay pedikür proseduru qəbul etməyi tövsiyə edirlər.Pedikür zamanı döyənəklər, dərinin üst qalıqları aradan qaldırılır, dırnaqlar kəsilir və nazik qat qoruyucu dırnaq boyası ilə örtülür. Nəticədə ayaq dərisi yumşaq və baxımlı olur. Pediküra təkcə estetik prosedur kimi yanaşmaq yanlış olar.

Ayaqlara qulluq: Pedikürun faydaları

Ayaqlara qulluq: Pedikürun faydaları

Qurumuş və kobud ayaq dərisi elastikliyini itirir və bədənin ağırlığının təsirindən dəridə çatlar əmələ gəlir, bu isə canlı toxumalara zərər verir. Beləliklə, gec sağalan çatlar daha da dərinləşir, iltihab prosesi baş verir və hətta yeriməyə mane olan narahatlıq hissi yaradır. Bütün bu xoşagəlməz halların qarşısını almaq üçün profilaktik tədbir - pedikür tətbiq olunur.Pedikür sizi ayaqdakı çatlardan xilas edəcək, dırnaq batmalarının və göbələk xəstəliklərinin qarşısını alacaq.

Ayaqlara qulluq: Pedikürun faydaları