Movqe.az xəbər verir ki, insanın immunitet sistemi zülal və fermentlərdən ibarət olduğu üçün xərçəng hüceyrələrini təbii yolla öldürəcək gücə malikdir.
Üzüm: Üzüm antioksidant baxımından
zəngindir. Xüsusilə, bağırsaq xərçəngi hüceyrələrinin böyüməsinə
mane olmaq xüsusiyyətinə malikdir.
Spirulina yosunu: Spirulina yosunu B,
E, K vitaminləri və beta karotin baxımından zəngindir.
Araşdırmalarda tərkibindəki dəmir və maqneziumla birlikdə xüsusilə
döş xərçəngi hüceyrələrinin inkişafını əngəllədiyi sübut
olunub.
Xaşxaş: Xaşxaş yağı orqanizmdə
xərçəng hüceyrələri ilə döyüşən melatoninin səviyyəsini
yüksəldir.
Pomidor: Daşıdığı lökopen sayəsində
xərçənglə döyüşür.
Göbələk: Anti-viral və anti-kanser
təsirə malik 50-dən çox göbələk növü olduğu müəyyən edilib. Tibbdə
5000 ildən çoxdur ki, istifadə edilən göbələyin müxtəlif xərçəng
növlərinə təsiri sübut olunub.
Klorella: Klorella xərçəngin
qarşısını alan kimyəvi maddələr ehtiva edən bitkidir. Eyni zamanda,
toxumalarda oksigeni artırdığı üçün xərçəng hüceyrələrinin
çoxalmasını əngəlləyir.
Sarımsaq: Sarımsağa spesifik ətir və
dad verən allisin maddəsi dünyanın ən güclü antoksidantıdır.
Bununla yanaşı, xərçəng hüceyrələrini 24 saatda öldürdüyü
göstərilib
Turp: Roka, brokkoli, kələm, turp,
kahı kimi tərəvəzlər xərçəng hüceyrələrini məhv edir. Eyni zamanda,
vitamin və mineral baxımından da zəngindir.
Yaşıl çay: "Katexin" deyilən bitki
flavonoidlərini ehtiva edən yaşıl çay damar sistemi hüceyrələri
üzərində təsirlidir. Xərçəng hüceyrələrinin çoxalmasını da
əngəlləyir.
Zəncəfil: Zəncəfilin iltihab əleyhinə
xüsusiyyəti sayəsində şiş hüceyrələrinin 56 faiz azaldığı müşahidə
olunub. Bu səbəbdən xüsusilə, kimyəvi terapiya kimi xərçəng
müalicəsində də istifadə edilir.
Sarıkök: Sarıkök də təbiətdə olan ən
güclü antioksidanlardan biri sayılır. Belə ki, iltihabla mübarizə
apararaq bu xüsusiyyəti sayəsində xərçəng hüceyrələrinin inkişafına
mane olur.