Pedro Rodriqes maraq dairəsində

13 Avqust 2015 17:17 (UTC+04:00)

"Mançester Yunayted" və "Mançester Siti" komandaları "Barselona"nın futbolçusu Pedro Rodriqesi heyətlərində görmək istəyirlər. Movqe.az Goal.az-a istinadən xəbər verir ki, "qırmızı şeytanlar" 28 yaşlı ispan oyunçu üçün qarşı tərəfə 25 milyon avro və üstəlik 5 milyon bonus təklif edib. "Şəhərlilər" isə Pedroya görə 30 milyon və bonuslar şəklində 2 milyon ödəməyə hazır olduqlarını bildiriblər. Transfer danışıqlarının "Barselona"yla "Atletik" arasında 14 və 17 avqust tarixlərində keçiriləcək İspaniya Superkuboku oyunlarından sonra davam edəcəyi qeyd edilir.