Dövlət Statistika Komitəsinə yeni sədr təyin edildi

13 Avqust 2015 19:30 (UTC+04:00)

Azərbaycan Prezidenti İlham Əliyev Tahir Yaqub oğlu Budaqovun Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin sədri təyin edilməsi haqqında sərəncam imzalayıb.


Movqe.az-ın məlumatına görə, sərəncamda deyilir:


"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 5-ci bəndini rəhbər tutaraq qərara alıram:


Tahir Yaqub oğlu Budaqov Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin sədri təyin edilsin".