Tahir Budaqov Nizami rayonu İcra hakimiyyəti başçısı vəzifəsindən azad edildi

13 Avqust 2015 19:40 (UTC+04:00)

Azərbaycan Prezidenti İlham Əliyev Tahir Yaqub oğlu Budaqovun Bakı şəhəri Nizami rayonu İcra hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında haqqında sərəncam imzalayıb.


Movqe.az-ın Trend-ə istinadən məlumatına görə, sərəncamda deyilir:


"Azərbaycan Respublikası Konstitusiyasının 124-cü maddəsinin II hissəsini rəhbər tutaraq qərara alıram:


Tahir Yaqub oğlu Budaqov Bakı şəhəri Nizami rayonu İcra hakimiyyətinin başçısı vəzifəsindən azad edilsin".