Səsin orqanizmə möcüzəvi təsiri

14 Avqust 2015 11:20 (UTC+04:00)

Movqe.az xəbər verir ki, el arasında bir deyim var, filankəsin səsi başıma düşür. Əslində başı ağrıdan həmin kəsin səsi yox, "filankəs" in özüdür, onun arzuolunmaz insan olmasıdır.


Çünki elm də artıq sübut edib ki, səsin bu əl deyimindən fərqli olaraq orqanizmə müsbət təsiri var.


Çox qədim zamanlardan Misirlilər və yunanlar səsin gücü ilə bir çox xəstəlikləri müalicə ediblər. Mütəxəssislər sübut ediblər ki, səsin möcüzəvi təsiri ilə təkcə insanın əhvalına deyil, həm də orqanizmin bioloji fəaliyyətinə təsir etmək mümkündür.


Səsin müalicəvi xüsusiyyətləri ilə bağlı müasir dövrdə aparılan araşdırmalar qədim şərq təbabətinin səs müalicəsi üsulları ilə tam üst-üstə düşür və səs terapeyası adlandırılaraq geniş tətbiq olunur.


Hansı səslər orqanizmə necə təsir edir?


Tələffüz olunan "İ" səsi - burun yollarını təmizləyir, gözləri müalicə edir.


"U" səsi - boğaz və səs tellərinə müsbət təsir göstərir.


"V", "N", "M", "E" səsləri - beyin fəaliyyətini yaxşılaşdırır.


"K" səsi - eşitmə qabiliyyətini gücləndirir.


"X", "Ç" səsləri - tənəffüs sisteminə müsbət təsir göstərir, nəfəsalmanı rahatlaşdırır.


"O", "A", "S" səsləri - ürək xəstəliklərini müalicə edir.


Ayrı-ayrı musiqi alətlərinin səslərinin orqanizmə təsiri ilə bağlı aparılan tədqiqatların nəticələri də maraqlıdır.


Simli musiqi alətlərinin səsi ürəyin fəaliyyətinə müsbət təsir göstərir. Mütəxəssislər tövsiyyə edirlər ki, bu alətlərin səsinə günortaya yaxın 11-13 radələrində qulaq asmaq daha effektlidir.


Dilli (klavişli) musiqi alətlərinin səsi mədə və bağırsaqlar üçün faydalıdır. Xüsusilə səhərlər 7-9 radələrində bu alətlərin səsinə qulaq asmaq daha müsbət nəticə verir.


Böyrəklərində problem olanlara axşamüstü 17-19 radələrində saksafonu səsinə qulaq asmaq məsləhət görülür.


Qaraciyərinin daha sağlam olmasını istəyənlər arabir yuxularına haram qatmalıdırlar. Gecə saat 1-dən sonra həzin fleyta səsini dinləmək qaraciyərin fəaliyyətinə müsbət təsir edir.


Öd kisəsini müalicə edən alət qaboydur. Yatmazdan qabaq bir iki saat qaboy musiqisi öd kisəsinin problemlərinin həllinə yardımçı olur.


Tədqiqatlar sübut edir ki, klassik musiqiyə qulaq asmaq sinir sisteminə olduqca müsbət təsir göstərir. Bununla yanaşı klassik musiqi insanın yaradıçı təxəyyülünü formalaşdırır, endorfin hormonunu artırır, stressin qarşısını alır.


Müasir təbabətdə psixi pozğunluqların müalicəsində səs terapeyasından da istifadə edilir. Müxtəlif növ depressiyalar və bəzi nevrozları, həmçinin şizofreniyanı musiqisi ilə müalicə edərək bu xəstəliklərin xoşagəlməz təzahürləri aradan qaldırılır.


Sağlamlığa müsbət təsir edən ən güclü səs isə insan səsidir. Ancaq bir şərtlə ki, bu səslə xoş niyyətini, sevgini, istəyini ifadə edəsən. Səsinizlə ətrafınızda olan insanların sağlamlığına səs verin. Bir də o gün olsun ki, bütün azərbaycanlıların eyni vaxtda səsləndirdiyi "QƏLƏBƏ" ifadəsini eşidək. Bu ermənilərin sağlamlığına ciddi zərbə vursa da, millətimizin mənəvi yaralarına məlhəm olacaq.