Atəşkəs pozuldu - 109 dəfə
14 Avqust 2015 11:30 (UTC+04:00)
Müdafiə Nazirliyi bildirir ki, erməni silahlı
bölmələri cəbhənin müxtəlif istiqamətlərində 60 və 82 millimetrlik
minaatanlardan, həmçinin iriçaplı pulemyotlardan da istifadə
etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 109 dəfə pozub.
Movqe.az Müdafiə Nazirliyinin saytına istinadən xəbər verir
ki, Ermənistan Respublikası Noyemberyan rayonunun Dovex kəndində
yerləşən mövqelərdən Qazax rayonunun Kəmərli kəndində, Krasnoselsk
rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən
Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən
mövqelərimiz atəşə tutulub.
Goranboy rayonunun Gülüstan, Tərtər rayonunun Çiləbürt, Göyarx,
Qızıloba, Yarımca, Ağdam rayonunun Şıxlar, Sarıcalı, Kəngərli,
Novruzlu, Yusifcanlı, Qaraqaşlı, Mərzili, Cəvahirli, Şirvanlı,
Şuraabad, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun
Qaraxanbəyli, Horadiz, Aşağı Seyidəhmədli, Qorqan, Cəbrayıl
rayonunun Mehdili kəndləri yaxınlığında, eləcə də Goranboy,
Xocavənd, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız
yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin
mövqeləri atəşə tutulub.
Düşmən cavab atəşi ilə susdurulub.