İranlı operator ABŞ-da sığınacaq istədi

2 Oktyabr 2012 15:51 (UTC+04:00)
BMT-nin yığıncağında İran prezidenti Mahmud Ahmedinejada yoldaşlıq edən operatorun, ABŞ-dan sığınacaq tələbində etdiyi ortaya çıxıb.
Operator Həsən Gül Kaanbanı təmsil edən Nyu Yorklu vəkil Paul O'Dvyer müvəkkilinin ABŞ-a sığınmaq istədiyini söyləyib.
İranlı operatorın nə vaxt sığınacaq tələb etdiyi və ya bu anda harada olduğu bilinmir.
Rəsmi bir açıqlama isə hələ verilməyib.