Gülnarə Kərimovaya görə Rusiyanın 1 milyardına həbs qoyulur

14 Avqust 2015 15:30 (UTC+04:00)

ABŞ Avropa ölkələrindən Rusiyanın "Vımpelkom" və MTS şirkətlərinin 1 milyard dollar dəyərində aktivlərinə həbs qoyulmasını istəyib. Avropa.info xəbər verir ki, müraciət edilən ölkələr arasında İrlandiya, Belçika, Lüksemburq, İsveç və İsveçrə var. ABŞ istintaq orqanlarına görə bu iki Rusiya şirkəti "TeliaSonera" şirkəti ilə birgə Özbəkistanda fəaliyyət göstərmək üçün ölkə məmurlarına külli miqdarda rüşvət verib. Rəsmi şəkildə heç bir hüquqi şəxsə cinayət işi açılmasa da, həbs qərarının Özbəkistan prezidenti İslam Kərimovun qızı Gülnarə Kərimova ilə bağlı olduğu ehtimal edilir.