Səddam Hüseynin Arvadı Öldü

14 Avqust 2015 16:40 (UTC+04:00)

Movqe.az xəbər verir ki, Səddam Hüseynin arvadı Sacidə Hayrullah, 71 yaşında sürgündə olduğu İordaniyada həyatını itirib.


Hayrullahın ölümünə bağlı yerli mediada yer alan xəbərlərdə, İordaniyadakı bir xəstəxanada həyatını itirdiyi ifadə edilərkən, ölüm səbəbi açıqlanmayıb.


Səddam Hüseynin ABŞ tərəfindən axtarıldığı dövrdə CIA, Səddamın yerini həyat yoldaşı Sacidə ilə etdiyi telefon görüşlərindən təyin etmişdi.