Qarağatın insan orqanizmi üçün xeyirləri

14 Avqust 2015 17:00 (UTC+04:00)

Movqe.az xəbər verir ki, qarağat çox zəngin kimyəvi tərkibə malik olan giləmeyvədir. Xüsusilə qara qarağat C vitamini ilə zəngindir. Bu səbəbdən giləmeyvə çox gözəl antioksidant sayılır. Orqanizmdə gedən qocalma proseslərini ləngidir, orqanizmi bərpa edir, orqanizmə xarici mühitdən düşən zəhərlər, toksinlər xə sərbəst radikallarla mübarizə aparır.


Bundan əlavə, qara qarağat insanın immun sisteminə çox müsbət təsir edir. Uşaqlar, yaşlı insanlar, xəstəliyin nəticəsində zəiflənmiş insanlar üçün bu giləmeyvə olduqca xeyirlidir. Qara qarağatda həmçinin B qrupu vitaminləri, K vitamini, fol turşusu və pantoten turşusu da var.


Müsbət cəhətlərindən digəri dəmirlə zəngin olmasıdır. Bu onu anemiyadan əziyyət çəkən insanlar üçün çox faydalı edir. Eyni zamanda qara qarağat kalium elementi ilə də çox zəngindir. Kalium orqanizmi artıq mayedən və duzlardan azad edir və bunun nəticəsində ürək-damar və böyrək xəstəlikləri olan insanların vəziyyətini yaxşılaşdırır. Aterosklerozun müalicəsi və profilaktikası üçün qara qarağat çox xeyirlidir. Qara qarağat iştahanı artırır, mübadilə proseslərini yaxşılaşdırır, qanda şəkərin səviyyəsini aşağı salır. Bu giləmeyvə azkalorilidir və bu səbəbdən arıqlamaq məqsədi ilə tutular pəhrizlər zamanı uğurla istifadə oluna bilər.


Qara qarağat iltihab və revmatizm əleyhinə, antiseptik xüsusiyyətlərinə malikdir. Qara qarağat kapilyar və damarlar üçün da çox xeyirlidir — onları təmizləyir, elastikliyini artırır. Bronxit zamanı qara qarağatın şirəsi çox yaxşı bəlhəmgətirici və iltihabəleyhinə təsir edir. Qara qarağatın yarpaqları da çox xeyirlidir və bu səbəbdən həkim-fitoterapevtlər (bitkilərlə müalicə edən həkimlər) onları müxtəlif müalicəvi ot yığımlara əlavə edirlər. Profilaktik məqsədi ilə qara qarağatın yarpaqlarını çay dəmlədikdə əlavə etmək olar. Körpə uşaqları çimizdirdikdə vannaya qara qarağat yarpaqların dəmləməsini əlavə etmək olar. Bu çox təsirli antiseptik vasitədir.


Qara qarağatla müqayisədə qırmızı qarağatın kimyəvi tərkibi daha "kasıbdır". Lakin qırmızı qarağatın tərkibində də xeyirli vitaminlər və mikroelementlər var. Qırmızı qarağatın tərkibində C vitamini daha azdır, lakin yod daha çoxdur.


Qara və qırmızı qarağat sidikqovucu xüsusiyyətlərinə malikdir və böyrək və sidik kisəsi xəstəlikləri zamanı çox yaxşı müalicəvi təsir edir. Qara və qırmızı qarağat kosmetologiyada da istifadə olunur. Bu giləmeyvələr dəriyə ağardıcı təsir edir, çillər və piqment ləkələri ilə mübarizə aparır, dərini tonuslaşdırır və cavanlaşdırır.