“Vaşaq”lar çempion oldu

14 Avqust 2015 17:16 (UTC+04:00)

Avqustun 6-9 tarixlərində Xaçmaz Olimpiya Komleksində Alpaqut döyüş növləri üzrə "Xəzər kuboku" beynəlxalq turniri təşkil olunub. Yarışda Gürcüstan, İran və Azəbaycandan olan ümumilikdə 100 idmançı iştirak edib. Turnir komandamızın üstünlüyü şəraitində sona çatıb. Belə ki, Azərbaycanın "Vaşaq" idman klubunun üzvləri 25 kq-da Ceyhun Gülmalıyev, 35 kq-da Əli Əliyev, 45 kaq-da Orxan Xanməmmədli və 65 kq-da Ağaxan Qəribov çempion olublar. Yarışın təşkil olunmasına görə, "Vaşaq" idman klubunun prezidenti Vaqif Kərimov Dünya Alpaqut Federasiyanın prezidenti, millət vəkili Nizami Cəfərova və Federasiyanın 1-ci vitse prezidenti, dünya çempionu Araz Abdullasoya təşəkkürünü bildirir.