Rusiyada qəza: 5 azərbaycanlı yaralandı

14 Avqust 2015 22:30 (UTC+04:00)

Rusiyada baş verən yol-nəqliyyat qəzası zamanı beş Azərbaycan vətəndaşı xəsarət alıb. AzVision.az Rusiya KİV-nə istinadən xəbər verir ki, qəza Saratov vilayəti Sızran – Saratov – Volqoqrad avtomagistralının 197-ci kilometrliyində baş verib. Mikroavtobus sürücüsü idarəetməni itirərək yol kənarındakı dirəyə çırpılıb. Yol nəqliyyat hadisəsi nəticəsində Azərbaycan vətəndaşları xəstəxanaya çatdırılıb. Xəsarət alanlardan ikisi üç qadın və bir uşaqdır. Onların vəziyyətinin ağır olmadığı bildirilir. İlkin məlumatlara görə, mikroavtobus Orsk – Bakı marşrutu üzrə hərəkət edib.