Turqut Özalın məzarının açılmasına başlanıb

2 Oktyabr 2012 11:58 (UTC+04:00)
1993-cü ildə vəfat etmiş Türkiyənin 8-ci prezidenti Turqut Özalın məzarının açılmasına başlanıb.

APA-nın Türkiyə xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, bu gün səhər məzarın ətrafına iki traktor və 6 fəhlə gətirilib. Polis əməkdaşları məzarın olduğu ərazini mühafizə edir. 

Xatırladaq ki, T. Özalın zəhərlənərək öldürüldüyü haqda iddialarla əlaqədar prokurorluq təhqiqata başlayıb. Təhqiqat çərçivəsində T. Özalın məzarının açılmasına və onun qalıqlarından nümunələr götürülərək araşdırma aparılmasına qərar verilmişdi.