Edvard Nalbandyan: “Azərbaycan rəhbərliyi Ramil Səfərovu milli qürur simvoluna çevirib”
2 Oktyabr 2012 12:17 (UTC+04:00)
"Ramil Səfərovla
bağlı qalmaqal Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair
danışıqlar prosesinə ciddi zərbə vurur və regional təhlükəsizlik və
stabillik üçün təhdid yaradır".
APA-nın məlumatına görə, bu
fikirləri Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan BMT
Baş Assambleyasının 67-ci sessiyasında çıxışı zamanı
deyib.
XİN başçısı bildirib ki, "Azərbaycan rəhbərliyi Ramil Səfərovu
milli qürur simvoluna və gənclər üçün nümunəyə çevirib". Nalbandyan
həmçinin Suriyada humanitar vəziyyətin pozulmasından narahatlığını
ifadə edib və bildirib ki, zorakılıqdan ölkənin dinc əhalisi, o
cümlədən erməni icması əziyyət çəkir.