Gözəllik sirləri: Dırnaq modelləşdirilməsi

15 Avqust 2015 11:10 (UTC+04:00)

Movqe.az xəbər verir ki, əksər insanlar dırnaqların modelləşdirilməsi, onun nə üçün istifadə olunduğu və prosesin nədən ibarət olduğu haqqında az məlumata malikdirlər. Ambassade de la Beaute gözəllik səfirliyinin bacarıqlı ustalarına müraciət edərək modelləşdirmənin bütün sirrləri barədə məlumat əldə etdik.

Modelləşdirmə təbii dırnaqların uzadılması və möhkəmləndirilməsidir. Lakin müasir texnologiya və materiallar sayəsində onların formasını da düzəltmək mümkündür. Daha dəqiq desək, dırnaqların modelləşdirilməsi təbiətin irsi və ya sonradan meydana gəlmiş səhvlərinin düzəldilməsi prosesidir. Modelləşdirmə zamanı müxtəlif üsullardan istifadə dırnaqların uzunluğunu, möhkəmliyini və formasını dəyişməklə yanaşı, həm də barmaqların formasını korrektə etməyə qadirdir. Bundan başqa, dırnaq qaynağı yeyilmiş dırnaq problemini də həll edir.

Gözəllik sirləri: Dırnaq modelləşdirilməsi

Modelləşdirmə prosesinin maraqlı cəhəti ondadır ki, süni dırnaqları uzun müddət saxladıqda dırnaq sahəsi genişlənir. Çünki dırnaq üzərinə çəkilən örtük onu qırılmadan qoruyaraq sağlam uzanmasını təmin edir. Digər maraqlı fakt isə odur ki, müasir dövrdə kişilər də dırnaq qaynağına müraciət edirlər. Süni örtük onlara "qara zolağı" ört-basdır etməyə, yanlış və eybəcər dırnaq quruluşunu düzəltməyə imkan verir.