Oscarı Seth MacFarlane təqdim edəcək

2 Oktyabr 2012 18:40 (UTC+04:00)

Movqe.az xəbər verir ki, gələn il ABŞ-da Oscar mərasiminin aparıcısı "Family Guy"ın yaradıcısı Seth MacFarlane olacaq.

Oscar prodüserləri Craig Zadan və Neil Mero 2013-cü ildə mərasimin bu barədə xəbəri eşitdirərək, seçkilərindən ötrü "çox həyəcanlı" olduqlarını bildiriblər.

''Family Guy'' və ''American Dad'' kimi televiziya şoularıyla məşhurlaşan Seth MacFarlane 420 milyon dollara başa gələn ''Ted'' filmin rejissorudur.

Seth MacFarlane aparıcılıq fürsətini ''Çox böyük bir imtiyaz'' sözləri ilə xarakterizə edib. Sələflərinin təyin etdiyi yüksək standartları əlindən gəldiyi qədər yaşadacağını qeyd edib.

85-ci Oscar namizədləri gələn il, yanvarın 10-u açıqlanacaq. Mükafatlar fevralın 24-ü sahiblərinə veriləcək .