ABŞ-ın Kubadakı səfirliyi 1961-ci ildən sonra fəaliyyətini bərpa edib

15 Avqust 2015 09:30 (UTC+04:00)

Səfirliyin binası qarşısında Amerika bayrağı qaldırılıb

Avqustun 14-də Amerikanın Havanadakı səfirlik binası qarşısında ABŞ bayrağı qaldırılıb.

Movqe.az "Report"-a istinadən xəbər verir ki, bayrağı ABŞ himninin sədaları altında üç amerikalı dəniz piyadası ucaldıb.

Bayrağı onlara 1961-ci ildə ABŞ və Kuba arasında diplomatik münasibətlərin pozulmasından sonra səfirlk qarşısındakı Amerika bayrağını endirən üç veteran dəniz piyadası təqdim edib.

Mərasim ABŞ-ın dövlət katibi Con Kerri və ABŞ-ın Kubadakı müvəqqəti işlər vəkili Ceffri Delorentisin iştirakı ilə baş tutub.