Sikeyranın "Juventus"a keçidi alınmayıb

15 Avqust 2015 13:10 (UTC+04:00)

"Atletico"nun futbolçusu Qilyerme Sikeyranın "Juventus"a transferi baş tutmayıb. Movqe.az Goal.az saytına istinadən verdiyi məlumata görə tərəflər 29 yaşlı yarımmüdafiəçi üçün kompensasiyanın həcmini razılaşdıra bilməyiblər. İtaliya mətbuatının məlumatına görə "Juventus" futbolçu ilə 3 illik müqavilə və 2 milyon avro məvacib təklif edirdi.