"Barcelona" heç vaxt təslim olmur"

15 Avqust 2015 19:30 (UTC+04:00)

"Bu komanda heç vaxt təslim olmur. Geri dönüş etməyə çalışacağıq". Movqe.az Goal.az-a istinadən xəbər verir ki, bu sözləri "Barcelona"nın müdafiəçisi Dani Alveş deyib. O, İspaniya superkubokunun ilk matçında "Athletic"ə 0:4 hesablı məğlubiyyətə münasibət bildirərkən bu fikirləri səsləndirib.

"Camp Nou"da oyunumuzu yaxşılaşdırıb daha effektiv hücumlar təşkil etməliyik" - braziliyalı müdafiəçi əlavə edib.