"Mən varlı deyiləm" - əməkdar artist

15 Avqust 2015 19:50 (UTC+04:00)

Movqe.az-ın məlumatına görə, müğənni haqqında yayılan "Şou-biznesin ən varlı üzvü" kimi söz-söhbətlərə son qoyub:


"Mən varlı deyiləm. Mənəvi cəhətdən varlı ola bilərəm. Çünki yaxşı dostlarım, rəfiqələrim var. Normal həyat tərzi sürürəm. Biznes diqqət xoşlayır. Özünü ona sərf edəsən, sonra qazanc gətirə. Mənim buna zamanım yoxdur. Ona görə də biznesim yarımçıq qaldı. Qazandığım hər şey özümün deyil. Xeyriyyə işləri də görürəm. Qohumlarımın vəziyyəti yaxışıdır, məndən umacaqları yoxdur. Sadəcə, öz övladlarıma nə alıramsa, bacım-qardaşım uşaqlarını da unutmuram".


Yaradıcılığından danışan N.Ələsgərli pərəstişkarlarını sevindirəcəyini bildirib:


"Yeni mahnılar yazdırmışam: "Susdum" və "Sənə nə var ki". Klip çəkdirəndən sonra efirə və radiolara verəcəm. Konsert haqda düşünmürəm. Təşkilatçı olsa və təklif etsə razılaşaram. Hər işləri hazırlasınlar, mən yaradıcı tərəfini düşünüm. Mən həm müəlliməyəm, həm də el şənliklərinə qatılıram. Təşkilatçılıqla məşğul olmağa vaxtım yoxdur".