Bakıda islam bankçılığı imkanları müzakirə olunacaq

15 Avqust 2015 21:00 (UTC+04:00)

2016-cı ilin aprel ayında Bakıda VII Dünya islam bankçılığı konfransının (The World Islamic Banking Conference - CIS) keçirilməsi planlaşdırılır.


Movqe.az xəbər verir ki, bu barədə Trend-ə ölkənin maliyyə bazarındakı mənbə məlumat verib.


Mənbə bildirib ki, tədbirin təşkilatçıları Azərbaycandakı tərəfdaşları ilə bu barədə danışıqlar aparır: "Konfransda xarici ölkələrin 500-yə yaxın nümayəndəsinin, eyni zamanda, Fars körfəzinin 30 ölkəsinin islam banklarının və maliyyə institutlarının təmsilçilərinin iştirak edəcəyi gözlənilir. Konfrans aparıcı islam banklarını Azərbaycana cəlb edəcək, həm də yeni imkanlar və birgə layihələrin reallaşdırılmasının müzakirəsinə imkan verəcək. Tədbir eyni zamanda, MDB və Fars körfəzi ölkələri arasında iqtisadi əlaqələrin yaradılmasına da şərait yaradacaq. Konfrans həm də 2017-ci ildə keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarından əvvəl Azərbaycanın islam ölkələrində daha yaxşı tanınmasına imkan yaradacaq".