Hizbullah: “ABŞ Yaxın Şərq xəritəsini dəyişir”

15 Avqust 2015 22:30 (UTC+04:00)

Movqe.az Axar.az-a istinadən xəbər verir ki, bunu Hizbullah lideri Həsən Nəsrullah İsrail-Livan savaşının bitməsi ilə əlaqədar olaraq keçirilən tədbirdə söyləyib.

Onun sözlərinə görə, ABŞ İŞİD-lə savaş məsələsində tamamilə ciddi deyil:

"ABŞ İraqı və Suriyanı parçalamaq üçün İsrail və Səudiyyə Ərəbistanından istifadə edir. Onlar İŞİD-dən istifadə edərək, Yaxın Şərqin yeni xəritəsini formalaşdırmağa çalışacaqlar".