6 ayda 60 min iş yeri yaradıldı

15 Avqust 2015 23:30 (UTC+04:00)

Movqe.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 2014-cü il yanvarın 1-dən bu il iyulun 1-ə kimi ümumilikdə 187,9 min olmaqla yeni iş yeri yaradılıb. Bu iş yerlərindən 153,1 mini daimidir.

Yeni iş yerlərinin 60,6 mini bu ilin ilk 6 ayı ərzində yaradılıb. Ondan 48,0 mini daimi iş yerləridir.

Daimi iş yerlərinin 13,7 faizi yeni yaradılan müəssisə və təşkilatlarda, 0,7 faizi fəaliyyətini bərpa etmiş müəssisə və təşkilatlarda, 74,3 faizi isə fiziki şəxslər tərəfindən yaradılıb.