"Bəzi çaşan insanlar var ki, onlara..." - Günay

16 Avqust 2015 00:30 (UTC+04:00)

Movqe.az-ın məlumatına görə, sənətçi "Star life" verilişinə açıqlamasında çətin günlərini xatırlayıb:


"Gələcəyə baxıram, amma keçmişlə yaşayan insanam. Həytımda olan heç nəyi unuda bilmərəm. Atamla anam çox əziyyət çəkib. Biz Bakıya məcburi köçkün olaraq gəlmişik. Atamla anamın bizim üçün nə qədər əziyyət çəkdiyini unutmaram. Bu qədər çalışıb, işləyirəm ki, valideynlərim indi istirahət etsinlər. Şəxsi həyatda olan bəzi nüansları və pislik edənləri unutmuram. Heç kimə pislik etmirəm. Sadəcə, məni üzən insanları özümdən uzaqlaşdırıram".

G.İbrahimli "Ulduz xəstəliyinə tutulub" deyənlərə də cavab verib:


"Elə deyirlər. İndiki zəmanə elədir ki, lazımi yerdə ulduz kimi davranmalısan. Sadə olanda, heç hörmətin də olmaz. Bəzi çaşan insanlar var ki, onlara yuxarıdan baxmaq lazımdır. Səbəbkarı özləridir. Xasiyyətim isə necəyəmsə, eləyəm. Hələ sənətdə heç nə etməmişəm. Ola bilər ki, digər həmkarlarımdan məşhuram, amma hələ etdiklərim kifayət deyil. Çalışıram getdiyim efirlərə fikir verim. Ayağımın altını qazmaq istəyənlər az deyil. Bu sənətdə 2009-cu ildən varam. Bu uzun bir ərəfə deyil. İstəmirəm qısa vaxtda qazandığım sevgini hansısa hərəkətimlə itirim, xalqın gözündən düşüm".