Xalq artistinin səhhəti pisləşib

16 Avqust 2015 15:00 (UTC+04:00)

Movqe.az-ın publika.az-a istinadən məlumatına görə, dünən kaman ustasının vəziyyəti qəfildən pisləşib. O, təcili yardım maşını ilə Mərkəzi Klinik Xəstəxanaya aparılıb.

Vəziyyəti ağır olduğundan musiqiçi müayinədən dərhal sonra reanimasiya şöbəsinə yerləşdirilib.