MSK-nın Gülər Əhmədovanın deputat mandatından imtina barədə müraciətinə baxacağı vaxt məlum olub
2 Oktyabr 2012 15:00 (UTC+04:00)
Gülər Əhmədovanın
deputatlıqdan könüllü imtina etməsi barədə müraciətə Mərkəzi Seçki
Komissiyası (MSK) tərəfindən baxılacaq vaxt açıqlanıb.
MSK-dan APA-ya verilən
məlumata görə, müraciətə oktyabrın 3-də saat 15.00-da
baxılacaq.
Qeyd edək ki, Milli Məclis deputatının mandatdan imtina etməsi ilə
əlaqədar deputatlıqdan məhrumetmə ilə bağlı məsələlərin qanunla
müəyyən edilmiş qaydada Mərkəzi Seçki Komissiyası tərəfindən həyata
keçirildiyini nəzərə alaraq, deputat Gülər Əhmədovanın
deputatlıqdan könüllü olaraq imtina etməsi barədə müraciəti
aidiyyəti üzrə baxılmaq üçün MSK-a göndərilib.
Xatırladaq ki, sentyabrın 25-də internetdə E. Abdullayev, deputat
Gülər Əhmədova və Sabir adına Kitabxananın direktoru Sevinc
Babayeva ilə bağlı video material yayılıb. Video materialda
deputatla sabiq rektor və vasitəçi kimi təqdim olunan S. Babayeva
arasında E. Abdullayevin Milli Məclisin üzvü seçilməsi üçün yüksək
məbləğdə rüşvət verməsi, ondan əlavə məbləğ istənilməsi barədə
dialoq əksini tapıb. Dialoqda yüksək vəzifəli şəxslərin də adı
çəkilib.