Türkiyədə 4,0 bal gücündə zəlzələ olub

16 Avqust 2015 17:00 (UTC+04:00)

Avqustun 15-də yerli vaxtla saat 22.47-də Türkiyənin Ağrı vilayətində 4,0 bal gücündə zəlzələ baş verib.


Movqe.az-ın "Anadolu" agentliyinə istinadən verdiyi xəbərə görə, yeraltı təkanların ocağı 4,15 km dərinlikdə yerləşib.


Dağıntı və xəsarət alanlar barədə məlumat verilmir.