CAR-da təcili yardım təyyarəsi qəzaya uğrayıb, 5 nəfər ölüb

16 Avqust 2015 18:00 (UTC+04:00)

Cənubi Afrika Respublikasında yüngülmotorlu təcili tibbi yardım təyyarəsi qəzaya uğrayıb, 5 nəfər həyatını itirib. Bu barədə Movqe.az TASS agentliyinə istinadən xəbər verir.


Hadisə Keyptaun şəhəri yaxınlığında baş verib. İlkin məlumata görə, təyyarə Namibiyadan uçurdu.