Tehrandan Ankaraya xəbərdarlıq: “Bu, ölkənin ərazi bütövlüyünün pozulmasıdır”

16 Avqust 2015 22:00 (UTC+04:00)

Movqe.az xarici mediaya istinadən xəbər verir ki, o, İranın Suriya torpaqlarında təhlükəsizlik bölgəsinin qurulmasına qarşı olduğunu açıqlayıb.

Cavad Zərifin sözlərinə görə, təhlükəsizlik bölgəsinin yaradılması Suriyanın suverenliyinin pozulması anlamına gələcək: "Suriya torpaqlarında təhlükəsizlik bölgəsinin yaradılmasını bu ölkənin ərazi bütövlüyü və suverenliyinin pozulması kimi görürük. Problemin beynəlxalq hüququn pozulmayacağı bir həll yolu olmalıdır".

Avqust 11-də Ankaraya planlaşdırdığı səfəri təxirə salan İranın xarici işlər naziri avqustun 17-də Moskvaya səfər edəcək. Cavad Zərif həmkarı Sergey Lavrovla Suriya böhranı, İŞİD-lə mübarizə, nüvə razılaşması və digər məsələləri müzakirə edəcək.