Movqe.az günün qoroskopunu təqdim edir.
Qoç- günün ilk yarısında yaranan
problemlərin sayına və formalarına rəğmən onları dəf edə
biləcəksiniz. Hətta sizə rəğbət bəsləməyən insanlarla belə, dil
tapa biləcəksiniz. Səmimiyyət, dürüstlük və doğru danışmaq sizə
dostlar, yaxınlar və həmfikirlərlə münasibətlərdə rəvanlığı
qorumağa yardım edəcək. Günün ikinci yarısı uğurludur. Yaradıcılıq
fəaliyyəti ilə məşğulsunuzsa, irəliləyiş olacaq. Ailənin bütün
üzvləri ilə bağlı planların müzakirəsi və həyata keçirilməsi üçün
yaxşı zamandır. Yaşamınızı daha rahat edəcək, məişət problemlərinin
həllində işinizi asanlaşdıracaq əşyalar almaq olar. |
Buğa- təmaslarda ehtiyatlı və sayıq
olun. Ətrafınızdakı insanların hamısına kor-koranə etibar etməyin.
Bədxahın intriqa və ya manipulyasiyalarının qurbanına çevrilə
bilərsiniz. Huşyar davranın. Günün ikinci yarısında hətta ən yaxın
bildiyiniz insanları çətinliklə anlayırsınız. Onların niyyət və
istəklərini başa düşməyə çalışın. Yaranan problemləri ürəyinizə
salmayın. Çətinlikləri dəf edərkən sonradan karınıza gələcək
təcrübə qazanırsınız. Yardım istəyənə dəstək olun, müraciəti rədd
etməyin. Çünki başqasının problemlərini həll edərkən fikir, niyyət
və gözləntilərinizdə qayda yaradırsınız. |
Əkizlər- günün emosional fonu əlverişli
deyil. Əhvalınız prisləşəcək, özünüzü yorğun və pərişan hiss
edəcəksiniz. Yaşam enerjinizin tükəndiyini düşünəcəksiniz. Yaxın
ətrafınızdakı insanlarla problemlər yaranacaq. Hətta ən yaxın
insanlarla dil tapmaq çətindir. Günün ikinci yarısında əhvalınızı
yaxşılaşdırmaq üçün bütün mümkün vasitələrdən istifadə edin.
Təşvişə düşməyin, bədbinliyə qapılmayın. Yalnız bu minvalla mənfi
təmayülərin öhdəsindən gələ bilərsiniz. Bilik və məlumatların əldə
edilməsi ilə bağlı problemlər yaranır. Aldığınız məlumatları dərin
təhlilə uğradın. Axşam saatlarında gəzintiyə çıxın. Səhhətinizə
fikir verin. |
Xərçəng- müsbət təmayüllərin təsiri
güclüdür. Gün uğurlu başlanacaq. Başladığınız işi görmək asan
olmasa da, onu tamamlayın. Tənbəl və ətalətli olmayın. Bütün
diqqətinizi karyera və peşəkar nailiyyətlər müstəvisinə
yönəltsəniz, qarşınızda açılan yeni üfüqləri görəcəksiniz. Günün
ikinci yarısında faydalı tanışlıqlar yaratmaq, mövqelərinizi
möhkəmləndirmək imkanları var. Dəvət aldığınız tədbirə qatılın.
Yeni tanışlarla ünsiyyət sizdə pozitiv əhval-ruhiyyə yaradacaq.
Laqeyd olmadığınız insanlarda xoş ovqat yaradın. Vədlər verməyə
tələsməyin. Onları yerinə yetirmək asan deyil. |
Şir- günün ilk yarısı uğurlu olacaq.
Nüfuzlu şəxslə söhbətdə mövqelərinizi müdafiə edin. Planlarınızı
reallaşdırın, başladığınız işləri başa vurun. Vaxtınızı hədər yerə
sərf etməyin, çünki saatlar keçdikcə mənfi təmayüllərin təsiri
güclənəcək. Enerji resurslarınız isə tükənməyə başlayır. Günün
ikinci yarısında ciddi, böyükmiqyaslı işə başlamayın.
Yaxınlarınızla dil tapın. İşgüzar təmaslarda çətinliklər
formalaşır. Axşam saatlarını istirahətə həsr edin. |
Qız- günün ilk yarısı uğursuz olacaq.
Yaxın ətrafınızdakı insanlarla təmaslarda problemlər yaranacaq.
Sərt və aqressiv davranmayın. Maliyyə çətinlikləri,
planlaşdırılmamış xərclər istsina deyil. Günün ikinci yarısında
maliyyə vəsaitindən məntiqlə yararlanın. Yaxın ətrafınızdakı
insanların əməllərinə görə məsuliyyəti boynunuza götürməyin. Ailə
üzvlərinizin problemlərini həll edin. İşlərinizdə qayda yaradın.
Axşam saatlarında kiçik hədiyyələr, xoş sürprizlər ola
bilər. |
Tərəzi- mənfi təmayüllərin təsiri güclü
olsa da, gün ümidsiz deyil. Qarşınıza dürüst və real məqsədlər
qoyun. Belədə vaxtınızla yanaşı, qüvvənizə də qənaət edə
bilərsiniz. Planların bir qismini nüfuzlu şəxsin yardımı və ya
təsiri ilə həll edə bilərsiniz. Amma həmin şəxs bundan sonra da
işlərinizə müdaxilə edəcək. Çox xoşagəlməz, arzuolunmaz vəziyyətlər
alınacaq. Günün ikinci yarısında alış-veriş etmək, şübhəli biznes
layihələrə qatılmaq, pul yatırmaq məsləhət deyil. Planlaşdırılmamış
gəlir istisna deyil. Əldə etdiyiniz pulu israf etməyin.
İntuisiyanıza güvənin. Onun işarələri yaxın ətrafınızdakı
insanların məsləhətlərindən daha tez və məntiqidir. |
Əqrəb- müsbət təmayüllərin təsirindən
yararlanaraq başladığınız işləri başa vurun. İradə, qətiyyət və əzm
önəmlidir. Onlar olmadan ciddi uğur əldə etməyəcəksiniz. İlkin
işgüzar danışıqlar aparmaq, iş yerinin dəyişdirilməsi ilə bağlı
məsələləri müzakirə etmək olar. Lakin yekun qərar qəbul etməyə
tələsməyin. Az sonra niyyətlərinizdə dəyişikliklərə səbəb ola
biləcək məlumat alacaqsınız. Günün ikinci yarısında ehtiyatlı olun.
Alət və avadanlıqlarla çalışanda diqqətli davranın. Sükan arxasında
uzaq səfərlərə yollanmaq məsləhət deyil. |
Oxatan- siyasi və ictimai prolseslərə
maraq arta bilər. Əsl dəyərlər, ədalət uğrunda səylərinizi
əsirgəmədən mübarizəyə başlamaq istəyirsiniz. Güclü rəqiblə
qarşılaşanda belə, geri çəkilməyin. Ona qalib gələ bilərsiniz.
Qələbəyə özünüz də təəccüblənəcəksiniz. Qarşınıza qoyduğunuz
məqsədə çatmaq üçün günün ikinci yarısında maksimum səy göstərin.
İşdə və evdə münaqişə istisna deyil. Problemin ciddiləşməsinə imkan
verməyin, səmimi və soyuqqanlı olun. Yaşlı qohumlarla
münasibətlərdə problemlər yaranacaq. |
Oğlaq- düşərli və məhsuldar gündür.
Əvvəllər çözməyə cəsarət etmədiyiniz problemlərin öhdəsindən
gələcəksiniz. Peşəkar fəaliyyət müstəvisində əməkdaşlıqla bağlı
gözlənilməz təkliflər alacaqsınız. İş yerinizi dəyişmək barədə
düşünə bilərsiniz. Daha maraqlı, maaşı çox olan iş arayırsınız.
Günün ikinci yarısında cəsarətli ideya və fikirləri reallaşdırmaq,
eksperimentlər aparmaq olar. Şəxsi münasibətlərdə təşəbbüskar olun.
Rəğbət bəslədiyiniz insana doğru ilk addım atsanız, yaxşılığa doğru
köklü dəyişikliklərə başlaya bilərsiniz. Axşam saatlarını
yaxınlarınızın yanında keçirin. |
Dolça- müsbət təmayüllərin təsiri
güclüdür. Gün uğurlu alınacaq. İşgüzar danışıqlar məhsuldar olacaq.
Sizi istənilən situasiyada dəstəkləməyə hazır insanla
qarşılaşacaqsınız. Nüfuzlu hami də ola bilər. O, qarşılaşdığınız
bir sıra prolemləri özü həll edəcək. Günün ikinci yarısında anlaşma
və ya müqaviləyə nail olmaq, mühüm sənəd imzalamaq olar. Şəxsi
münasibətlər baxımından da əlverişli zamandır. Planları,
həyacanları və niyyətlərini sizinlə bölüşmək istəməyən insanla
davranış modelindən intuisiyanız xəbər verəcək. Axşam saatlarını
yaxınlarınızla keçirin. |
Balıqlar- gün gözlədiyinizdən də uğurlu
olacaq. Bel bağlamadığınız işlərdə uğur əldə edə bilərsiniz. Xoş
sürprizlər, qəfil kəşflər ola bilər. İşdə həmkarlarla fikir
ayrılıqları və ixtilafları aradan qaldıracaq, son vaxtlar dil tapa
bilmədiyiniz insanlarla münasibətləri normallaşdıracaqsınız. Günün
ikinci yarısında peşəkar mövqelərinizi möhkəmləndirməyi unutmayın.
Gəlirlər, gəlir mənbələri arta bilər. Alış-veriş üçün əlverişli
gündür. Axşam saatlarında xüsusilə diqqətli olun. |