Azərbaycan Prezidenti Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularına ali hərbi rütbələr verib

17 Avqust 2015 13:30 (UTC+04:00)

Azərbaycan Prezidenti İlham Əliyev Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularına ali hərbi rütbələr verilməsi haqda sərəncam imzalayıb. 

Movqe.az xəbər verir ki, sərəncama əsasən, general-mayor Azad Qaçay oğlu Ələkbərova və general-mayor Fərhad Sabir oğlu Tağı-zadəyə general-leytenant hərbi rütbəsi verilib. 

Polkovnik Abbas Sultan oğlu Xəlilova isə general-mayor hərbi rütbəsi verilib.