Anti-Azərbaycan qüvvələrinin ifşası davam edir

18 Avqust 2015 08:00 (UTC+04:00)

Qərb dövlətlərinin yer aldıqları bir sıra beynəlxalq təsisatların zaman-zaman ölkəmizə qarşı qarayaxma kampaniyasında yer alması bir faktdır. Araşdırmalar onu göstərir ki, bu cür kampaniyaya qatılanlar həmin təsisatlarda rəhbər vəzifədə təmsil olunan müəyyən şəxslərdir. Ancaq maraqlısı odur ki, bu şəxslərin fikirlərini bəzən elə həmin təsistalarda olan insanlar faş edir. Məsələn, Avropa İttifaqının bəzi nümayəndələri bu il ölkəmizdə keçiriləcək parlament seçkilərinə müşahidə heyəti göndərilməsini dəstəkləmirlər. Halbu ki, Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Malena Mard Mərkəzi Seçki Komissiyası və Avropa İttifaqının (Aİ) Bakıda birgə təşkil etdiyi seminarda Azərbaycanda seçkilərin şəffaf keçirilməsi istiqamətində xeyli işlər görüldüyünü bildirir.

"Strateji Araşdırmalar İnstitutu"nun rəhbəri, politoloq Ramiz Alıyev bildirir ki, Avropa İttifaqının strukturlarında olan rəhbərlər ölkəmizə gələrək burada seçki prosesində yaradılan şəffaf şəraiti gördükdə mövqeyindən asılı olmayaraq, vicdanına qulaq asıb, düzgün olanı vurğulayırlar: "Amma öz ölkələrinə getdikdən sonra təsir dairəsinə düşürlər. Azərbaycana gələn, seçki monitorinqində iştirak edənlər burada öz ölkələrində olmayan şəffaflığı görə bilrilər. Şəffaf qutular, bütün məntəqələrdə vebkameraların quraşdırılması Avropanın ən inkişaf etmiş ölkəsində belə təmin edilmir. Onlar ölkəmizdəki şəffaflığı gördükdə təəccüblənirlər. Axı, bütün bunlar onlara verilən təlimatlarla üst-üstə düşmür. Onlar əvvəlcədən hazır təlimatlar gəlirlər. Guya Azərbaycanda demokratiya, şəffaf seçki yoxdur. Həmin təlimatları verənlər isə erməni lobbisi və onun dəstəyi ilə Aİ-də vəzifə tutmuş şəxslərdir. Odur ki, qayıtdıqdan sonra qərəzli hesabatlar vermələrində qeyri-adi nəsə yoxdur. Bizdə Leyla və Arif Yunus , Milli Şuranın üzvləri və Aİ-da təmsil olunan bir sıra şəxslərin, eyni zamandna erməni lobbisinin nümayəndələrinin birgə fəaliyyət göstərdiyini sübut edəcək fakt dolu sənədlər var. Onları bir müddət sonra ictimaiyyətə təqdim edəcəyəm. Odur ki, həmin şəxslərin Azərbaycana gəlib, sonradan öz ölkələrinə qayıtdıqdan sonra qərəzli mövqe sərgiləmələri təsadüfi deyil. Çünki, gördüklərini deməyə haqları, hüquqları yoxdur. İdarəolunan siyasi şəxslərdir. Gərək bizim də orada fəaliyyət göstərən lobbi təşkilatlarımız onların qarşısını alsınlar.

Həmin şəslərin qərəzli mövqedən əl çəkməmələrinin səbəbi isə odur ki, bəyanatlarını özləri hazırlamırlar. Erməni lobbisinin nümayəndələri dərhal Azərbaycana gəlmiş hər bir şəxslə əlaqəyə girirlər. O insanın şəxsi büdcəsinə müəyyən qədər vəsait ödəyirlər".

Digər siyasi şərhçi "Oğuz" Müstəqil Araşdırmaçılar Qrupunun rəhbəri Vüqar Zifəroğlu hesab edir ki, bu, Aİ-nın proseslərə öz maraqları çərçivəsində baxmağın və ikili standartlarla yanaşmasının baris nümunəsidir: "Yəni, hadisələrə vahid mövqe ortaya qoyulmur. Bu da səmimi münasibətin olmamasından irəli gəlir. Amma biz bu cür münasibətlərə öyrəmişik. Dünyanın diqqəti ölkəmizdə olan zaman həmin mərkəzlərin anti-Azərbaycan təbliğat maşını işə düşür. Bunlar sadəcə, qarayaxma kampaniyasıdır".

Politoloq əlavə etdi ki, hazırda regionda baş verən hadisələr Cənubi Qafqaza olan marağı bir qədər də artımş olur: "Ukrayna, Yaxın Şərq hadisələri Cənubi Qafqazın strateji əhəmiyyətini son dəcərəcə artırıb. Azərbaycan isə Cənubi Qafqazda transmilli layihələrin həyata keçirilməsi, yerləşməsi mövqeyi baxımıdan son dərəcədə əhəmiyyətli ölkədir. Bölgəyə təsir imkanları əldə etməyə çalışan qüvvələr müəyyən üsullardan istifadə edərək bizə təzyiq etməyə çalışırlar. Təzyiq elemetlərindən biridir ki, qeyri-obyektiv münasibətdən xəbər verir".